Yeni Alzheimer dərmanı Donanemab koqnitiv geriləməni 35% ləngidir

blog-image

Alzheimer xəstəliyinin müalicəsində yenilik.

Bu yaxında Alzheimer xəstəliyi üçün istifadə olunması nəzərdə tutulan çox vacib və əhəmiyyətli bir dərmanın kliniki sınaqlarının uğurlu nəticələri yayımlandı.Donanemab adlı yeni bir dərman, Alzheimer xəstəliyinə qarşı mübarizədə dönüş nöqtəsi olaraq qiymətləndirildi.ABŞ-ın farmaseptik şirkəti Lilly tərəfindən hazırlanan bu yeni dərmanın Alzheimer xəstəliyi zamanı beynin koqnitiv funksiyalarının yavaş şəkildə itirilməsi prosesini effektiv şəkildə azalda bilməsi təsdiq olundu.

Donanemab beyində xüsusi olaraq beta-amiloid adlı anormal protein plaklarını hədəfə alır. Bu plaklar beynin daxilində yığılan və Alzheimer xəstəliyinin ən böyük tibbi xüsusiyyətlərindən biri kimi hesab olunur. Donanemab dərmanı, bu anormal amiloid plaklarına bağlanaraq onları beynin içindən təmizləməyə kömək edir və bu toksik protein toplanmasının verdiyi zərərləri azaltmağa kömək edir.

Bu yaxında açıqlanan klinik təcrübə nəticələri Donanemabın sürətli təsir göstərdiyini və beynin əksər bölmələrindəki amiloid plakını təmizləməkdə effektiv olduğunu göstərir. Xəstəliyin mümkün qədər erkən mərhələsində toksik proteinin aradan qaldırılmasının beyində yaranacaq zərəri azaltmağa və koqnitiv geriləmənin sürətini yavaşlatmağa kömək etdiyi müşahidə edilmişdir.


Donanemabın istifadəsi

Donanemab dörd həftədə bir intravenoz infuziya ilə verilir və xəstələr düzənli beyin skanları ilə yaxından izlənilir, bu yolla xəstədə potensial hər hansı beyin şişməsi və qanama kimi meydana çıxacaq təsirləri zamanında aşkar etmək mümkün olur. Bu dərmanın əks təsirləri çox hallarda öz-özünə düzəlir, lakin nadir hallarda ölüm halları müşahidə olunur.

Donanemabdan ən çox fayda görən xəstə qrupları, xəstəliyin ən erkən mərhələləsində olanlar və beynində başqa bir toksik protein olan tau səviyyəsinin aşağı olduğu xəstələrdir. Amiloidin tau yayılmağa başlamadan əvvəl aradan qaldırılması, Donanemabın bu hallarda daha effektiv olmasına təsir edir.

Diqqəti cəlb edən digər bir məqam isə, eyni mexanizm ilə fəaliyyət göstərən lekanemab adlı digər dərmanın da mövcudluğudur. Lekanemab, Yaponiyanın farmaseptik şirkəti olan Eisai tərəfindən hazırlanan bir dərmandır və amiloidi hədəfləyir.

Ümumiyyətlə bu cür amiloid hədəfli dərmanlar, Alzheimer xəstəliyinin müalicəsini doğrudan həll etməkdə çox böyük bir irəliləyişdir. Lakin, Alzheimer xəstəliyinin hələ də tamamilə sağalması demək deyildir. Bir çox alimlər, xəstəliyin koqnitiv zəifləməsini dayandırmaq üçün fərqli aspektlərə hədəf alan dərmanların kombinasiyasının daha effektiv olacağını bildirir.