Levi Cisimli Demensiya

blog-image

Lewy Body Dementia -Levi Cisimli Demensiya (LCD)

Levi Cisimli Demensiya (LCD) — Parkinson xəstəliyi ilə sıx bağlı olan bir demensiya formasıdır. LCD  olan insanlarda baş verən simptomlar əsasən xəstəliyin beynin hansı hissəsinə təsir etdiyindən asılıdır. Bu xəstəlik demensiyanın bir növü olub təqribən demensiyasi olan xəstələrin  10%-də müşahidə olunur.  Levi  cisimli demensiya beyin hüceyrələrinin içində zülalların (Levi cisimləri adlanır) qeyri-normal toplanması nəticəsində yaranır. Bu Levi cisimlər beynin bir çox yerlərində, xüsusilə də düşüncə, hərəkət, vizual qavrayış, yuxu və ayıqlığı tənzimləmək üçün məsuliyyət daşıyan sahələrdə inkişaf edə bilər.


Hərəkət problemlərindən tutmuş görmə problemlərinə və bəzən halüsinasiyalara qədər simptomlar müşahidə olunur. Gündəlik yaddaşa təsir etsə də, adətən tipik Alzqeymer xəstəliyindən əziyyət çəkən insanlara nisbətən daha az  çox özünü büruzə verir.

Koqnitiv simptomlar (düşünmə)

Diqqət, ayıqlıq və vizual bacarıqlara aşağıdakı yollarla təsir göstərə bilər:

• yavaş cavab verməyə başlamaq

• saatı  təxmin etməkdə  çətinlik çəkmə,görmədə  problemlər

• məsafələri təxmin etməkdə çətinlik

• planlama etmə qabilliyətinin azalmasə

• gündəlik yaddaş ilə bağlı işlərdə çətinliklərlə üzləşmək

Nəzərə alın ki bu problemləri öncədən müəyyən etmək olmur və zaman keçdikcə hər gün hər saat artıb və ya azala bilər.

Motor simptomlar (hərəkət ilə bağlı)

Hərəkətin zəifləməsi eynilə Parkinson xəstəliyində olduğu kimi təsirlənə bilər. Məsələn:

• hərəkətlər daha yavaş və ya daha sərt ola bilər

• üz ifadələri boş ola bilər

• əzalar sallana bilər

• insanlar yıxılmaya daha çox meylli ola bilər

Vizual halüsinasiyalar (həqiqətən mövcud olmayan şeyləri görmək)

Vizual halüsinasiyalar və yanlış qavrayışlar aşağıdakı kimi baş verə bilər:

• paltonu insanla qarışdırmaq

•  insan və ya heyvan fiqurlarını görməyi təsəvvür etmək

LBD olan insanlar da eşitmə halüsinasiyaları ilə qarşılaşa bilər (həqiqi olmayan şeyləri eşitmək kimi). Ancaq bu  digər simptomlara nəzərən daha az yaygındır.

Bu halüsinasiyalar LCD  ilə yaşayan şəxs üçün real görünə bilər və bəzən narahatedici ola bilər. Halüsinasiyaları dərman qəbul etməklə müalicə etmək olar. Bununla belə, insanların qəbul etdikləri müalicə hallüsinasiyalara səbəb olarsa və ya şiddətləndirirsə, bunu bir mütəxəssislə müzakirə etmələri tövsiyə olunur. Ancaq bir çoxları üçün bu, adətən narahatlığa səbəb olmur və onlar yalnız narahat olduqları halda müalicəyə ehtiyac duyurlar.

LCD  ilə yaşayan insanlar bəzən illüziyalar yaşaya bilərlər, yəni onlar doğru olmayan fikirlərə inanırlar.

Yuxu simptomları

LCD  olan insanlarda da yuxu problemi ola bilər. Bu, digər problemlərin yaranmasından  illər öncə meydana çıxan bir problemdir. Ən çox rast gəlinən yuxu problemi LCD  xəstələrinin parlaq yuxular görüb xəyallarını gerçəkləşdirməsidir. Buna REM Yuxu Davranış Pozuntusu deyilir. Digər ailə üzvləri bundan narahatdırsa, bu simptomları azalda biləcək müalicələr mövcuddur.


Digər simptomlar

LCD ilə yaşayan insanlar həmçinin qoxu hissini itirə və ya qəbizlik, başgicəllənmə və ya sidiyi saxlaya bilməmək kimi problemlərlə qarşılaşa bilərlər. LCD  zaman ərzində inkişaf edən bir  xəstəlikdir və simptomlar çox vaxt zamanla daha da pisləşir. Simptomların pisləşdiyi vəziyyət insandan insana müxtəlif ola bilər.