Alzqeymer xəstəliyi haqqında ümumi məlumat

blog-image

Alzqeymer xəstəliyi yavaş-yavaş başlayan, lakin hər gün sürətlə inkişaf edən xroniki və neyrodegenerativ (sinir hüceyrələrinin məhvi ilə müşahidə olunan)xəstəlikdir. Bu xəstəlik 60- 70% hallarda demensiya ilə müşahidə olunur. Xəstəliyin ilkin simptomları :Alzqeymer xəstəliyi ilkin olaraq özünü yaddaş itkisi ilə göstərir-məsələn yenicə baş vermiş hadisələrin xatırlana bilməməsi.

Zaman keçdikcə isə xəstəlik kəskinləşir və nəticədə xəstənin oriyentasiya qabiliyyəti itir,belə ki bu xəstələr tez-tez evlərinin yolunu tapmaqda çətinlik çəkirlər.Bundan başqa xəstələrdə həmçinin digər simptomlar da müşahidə olunur.Ən çox görülənlərə davranış pozğunluqları ilə müşahidə olunan simptomlar aiddir: danışıq qabiliyyətinin itməsi, tez-tez əhval-ruhiyyənin dəyişməsi, özünü idarə edə bilməmək, gündəlik ehtiyaclarını qarşılaya bilməmək(sidiyi qaçırtmaq kimi ). Xəstəlik klinik olaraq incələnən zaman yaddaş digər intelektual qabiliyyətlərin nəzərə çarpacaq dərəcədə pozulması halları müşahidə olunur.Xəstəlik kişilərlə müqayisədə qadınlarda daha çox rast gəlinir.Təəssüf ki,xəstəliyə tutulanların sayı günü-gündən loqorifmik olaraq artmaqdadır.Aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, 85 yaşdan yuxarı insanların təxminən 50%-i bu xəstəlikdən əziyyət çəkir.Yaş artdıqca xəstəliyin rast gəlinmə tezliyi də artır,lakin erkən yaşlarda Altsheymer xəstəliyinə tutulma riski mövcuddur. Altsheymer xəstəliyindən dünya üzrə 35 milyona qədər insan əziyyət çəkir. milyona qədər insan əziyyət çəkir.