Hamımıza məlumdur ki, Alzheimer xəstəliyi çox ciddi bir xəstəlikdir və
həm xəstəyə, həm də onların yaxınlarına çoxlu mənfi psixi təsirlər göstərir. Amma
əgər ailədə kimsə bu xəstəliyə tutulubsa və bu barədə həmin ailə üzvünə məlumat
vermək uyğundur ya yox bu hələ də mənim üçün bir sualdır.Həm Alzheimer
xəstələrinə qulluğ və həm də klinik şəraitdə çalışdıqdan sonra Alzheimer
xəstəsi olan bir çox insan görmüşəm. Kliniki təcrübədən deyərdim ki, həkimlər
arasında Alzheimer diaqnozu barədə xəstələrinə məlumat verməmək meyli var. Bu barədə əsas səbəb olaraq belə düşünülür ki, xəstələrə diaqnozu barədə məlumat vermək müəyyən
xəstələr üçün çox travmatik və ya çox çaşdırıcı ola bilər.
Ancaq biz öz məlumatlarımız barədə hüquqları olan bir dünyada yaşayırıq,
ona görə də bir şey haqqında məlumatlı olmaq fikrini yekunlaşdırmaq bir az
fərqlidir. Fikrimcə, bir az daha ətraflı nəzərdən keçirsək, ailə üzvümüz olan bir insana Alzheimer və ya demensiyanın
digər formaları diaqnozu qoyulduğunu bildirməyin həm müsbət, həm də mənfi
cəhətlərin olduğunu görə bilərik. Bundan əlavə, yaxın insanlar və yaxınlarının
qohumları bu vəziyyəti necə idarə etmək barədə bir dilemma içində ola bilərlər.
Aşağıda bu barədə- yəni kiməsə Alzheimer xəstəliyi olduğunu söyləməyin həm
yaxşı, həm də pis tərəflərini izah edəcəyəm.
Ailənizdə Alzheimer
olan birinə diaqnozu barədə məlumat verməyinizin mənfi tərəfləri
• Xəstəliklərini bilmək onlarda ümidsizlik hissi yarada bilər.
• Onlara diaqnozları haqqında danışmaq, emosional stressə və həssaslığa
səbəb ola bilər.
• Diaqnozu barədə məlumatsız olmaq, insanın ailəyə yük kimi hiss
etməsinə mane ola bilər.
• “Niyə deməliyəm?” "Onsuz da bizim üçün heç bir fərqi olmaya
bilər" deyə düşünə bilərsiniz.
Ailənizdə Alzheimer
olan birinə diaqnozu barədə məlumat verməyinizin müsbət tərəfləri
• Birincisi, onları məlumatlandırmaq düzgün işdir. Çünki diaqnoz nə
olursa olsun, onların bilmək hüququ var.
• İkincisi, Alzheimer olan ailə üzvünüz xəstəlik dönəmində özünə qapana
bilər, özü haqqında nəyinsə yalnış olduğundan şübhələnə bilər və bu hiss onlara daha çox mənfi təsir göstərəcəkdir. Buna görə də öz
diaqnozu haqqında bilmək bu insanlara rahatlıq hissi gətirə bilər.
Nəhayət, onların diaqnozu haqqında bilmək həm də irəlidəki işləri
asanlaşdıracaq.Məsələn əgər xəstə öz diaqnozu barədə məlumatlı olsa
yaxınlarına da bu dönəmi rahat keçirmək üçün kömək edə bilər.Artıq hər kəs xəstəlik barədə məlumatlı olduğuna görə,bütün ailə
bərabər olaraq Alzheimer xəstəsi olan şəxsin həyat tərzini yaxşılaşdırmaq üçün
birlikdə ortaq düşünməyə başlayacaq.
Azerbaijan Alzheimer`s Assocation
United Kingdom,London
Phone:+44 750 309 23 22
Email:
info@aza.org.uk
Enter your e-mail address and subscribe to our newsletter.
Subscribers
© Copyright 2021. Made by Mr.Josh