Alzheimer xəstəliyi diaqnozu qoyulmuş biri ilə ünsiyyət zamanı nələri "Et"məli və ya "Etmə"məliyik

blog-image

Alzheimer xəstəliyi diaqnozu qoyulmuş biri ilə ünsiyyət zamanı nələri "Et"məli və ya "Etmə"məliyik


Alzheimer xəstələri ilə 3 il işlədikdən sonra mən bu qrup insanlarla daha yaxşı münasibətlər qurmaq üçün bir siyahı yekunlaşdırdım. Vurğulamaq istədiyim ilk şey odur ki,çox zaman  Alzheimer xəstəsi olan bir yaxınınızda ciddi yaddaş zəifliyinin olduğunu görən əksəriyyət insanlar (yaxın insanlar) sanki bir yolla bu problemi  düzəltməyə çalışır.Yadınızda saxlayın ki ,siz heçbir zaman onların yaddaş itkisini bərpa  edə bilməyəcəksiniz. Lakin bu vəziyyətdə sizin reaksiyanız mühüm rol oynayır və bütün vəziyyəti daha yaxşı şəkildə dəyişə bilər.

Alzheimer xəstəliyi olan insanlar üçün əsas əlillik yaddaş itkisidir. Onlardan nəyisə xatırlamağı xahiş etsəniz  elə bilin ki bu kor bir insandan görməsini istəmək kimidir. (Məsələn, “Bu gün dərmanlarını içmisən?” və ya “Bu gün nə etdin?” kimi ən çox yayılmış suallar onlardan nəyisə xatırlamağı xahiş etməyə bərabərdir.)


Bu halda onlardan ağlabatan cavablar,və ya doğru gözləntilər gözləmək çox qeyri-real bir məsələdir. Yadınızda saxlayın ki,onların diaqnozu ilə bağlı təsəvvürünüzü dəyişdirməsəniz, işlər daha da ağırlaşacaq.


"Etmə"yin


Mübahisə 

Günahlandırma

Təkid 


Alzheimer diaqnozu qoyulmuş bir insanın yaddaş pozğunluğu  normal şeydir və bu xəstələr bunun fərqində deyillər .Başqa söz ilə desək onlar davranışlarının sizdə yaratdığı təsiri anlamırlar.Siz isə nə zaman özünüzü çox tükənmiş hiss etsəniz bir anlıq dayanın və düşünün : bu insanlar həqiqətən də xəstədirlər və bu Alzheimer xəstəliyidir.Yəni yaranan situasiya onların xəstəliyi ilə bağlıdır və onların məqsədi sizi qəsdən əsəbləşdirmək deyildir.

Bu səbəbdən onları həmişə bağışlayın... həmişə.


Alzheimer xəstəliyi olan biri ilə ünsiyyətə gəldikdə isə, bəzi əsas vacib məqamlar bunlardır:

"Edin"

Siz sual verəndə qısa  bir cümlə ilə izahat verin.

Onları anlamaq üçün çox vaxt ayırın

Onlara təlimatları və ya cümlələri eyni şəkildə təkrarlayın.

Əgər əhval ruhiyyələri normal deyilsə,təkrardan çəkinin. Biraz sonra yenidən cəhd edin.

Onlar ilə həmişə razılaşın və mübahisə yaranan zaman onların diqqətini başqa mövzuya və ya fəaliyyətə yayındırın.

Bir şeyi yalnış etdikləri zaman qəbul edin.

Lazım gələrsə, mübahisələrin qarşısını almaq üçün otağı tərk edin.

Sözlərə deyil, hisslərə cavab verin.

Səbirli, şən və arxayın olun. Axınla gedin.

Hər zaman onları 100% bağışlamağı məşq edin. Unutmayın ki onların yaddaş itkisi hər gün irəliləyir.


Alzheimer xəstəliyi olan bir insanla ünsiyyətə gəldikdə, burada edilməməsi lazım olan digər  şeylər isə aşağıdakılardır

"Etmə"yin

Əsaslandırmayın.

Mübahisə etməyin.

İnciməyin.

Onlara unutduqlarını xatırlatmayın.

Onların yaddaşını sorğulamayın.("dünən harada idik","bu kimdir " və s kimi suallar)

Onların etdiklərini şəxsi olaraq qəbul etməyin.