Demensiya nədir?

blog-image

Demensiya (Demans) nədir?

Demans və ya demensiya  bir xəstəlik prosesi nəticəsində baş verir. Əgər şəxsdə yaddaş, təfəkkür və davranış pozğunluqları aşkar edilərsə və həmin şəxsdə Alzheimer xəstəliyi və ya əlaqəli pozğunluq olduğu bildirilirsə, xəstəlik həkim tərəfindən müəyyən edilir və demensiya diaqnozu qoyulur.

Demensiya xəstəliyi zamanı  ailə üzvlərinin aşkar edə biləcəyi ilk əlamətlər müxtəlifdir.Məsələn bu xəstələr son hadisələri xatırlamaqda problemlər  yaşayır və  ya adi gündəlik işləri yerinə yetirməkdə çətinlik çəkirlər. Demensiyası olan şəxslər həmçinin çaşqınlıq içində olur, şəxsiyyət davranış dəyişiklikləri göstərirlər.Onlar həmçinin  qərar vermədə problemlər yaşayır, ünsiyyət zamanı cümlə qurmaq üçün uyğun sözləri tapmaqda çətinlik çəkir, düşüncələrini toplaya bilmir və ya göstərişlərə əməl edə bilmirlər. Alzqeymer xəstəliyi demensiyanın  ən çox yayılmış səbəblərindən biri olaraq göstərilir.