Alzqeymer xəstəliyinin müalicəsində "aducanumab" preparatının tətbiqi ilə bağlı yenilik

blog-image

Bu gün ABŞ-ın Medicare və Medicaid Xidmətləri Mərkəzləri (CMS) aducanumab/marka adı Aduhelm™- olan preparatın  Medicare tərəfindən pulsuz təmin olunmasına dair  "Milli Təminatın Müəyyənləşdirilməsi"  təşkilatının təklif etdiyi qərarın memorandumunu yayımladı. Təklif olunacaq yeni  qərara əsasən, tədqiqatların inkişafı da  əhatə olunmaqla Alzqeymer xəstəliyinin müalicəsi üçün amiloidi hədəf alan Qida və Dərman İdarəsi (FDA ) tərəfindən təsdiqlənmiş monoklonal antikorlar artıq pulsuz təmin olunacaq. Bu isə o deməkdir ki, bu sinifdən olan- FDA tərəfindən təsdiqlənmiş dərmanlar Medicare şirkəti tərəfindən sınaqlara qoşulan  insanlar üçün pulsuz təmin olunacaqdır. Təklif olunan bu qərar tədqiqatçılara bu dərmanların kliniki faydalarını qiymətləndirmək üçün mühüm məlumatlar toplamağa imkan verəcək.

 

Aduhelm™ preparatı, Alzqeymerin müalicəsi üçün FDA tərəfindən sürətləndirilmiş təsdiq alan beta-amiloidə qarşı yönəlmiş ilk və hazırda yeganə monoklonal antikordur. Monoklonal antikorlar unikal ağ qan hüceyrəsinin klonlanması ilə hazırlanır və beta-amiloid Alzqeymer xəstəliyi inkişaf edən beyində olan xüsusi bir protein hissəsinə aiddir.

 

Alzqeymer və əlaqəli demansların tədqiqatındakı bu irəliləyiş hazırki tədqiqatda illərin elmi kəşfini və sürətini daha geniş şəkildə əks etdirir.  "Milli Yaşlanma İnstitutu"  bizi bu nöqtəyə gətirməyə kömək edən kliniki sınaqlarda iştirak edən bir çox şəxslərə təşəkkür edir. Biz bu gün və gələcəkdə kliniki sınaqlarda iştirak etməyin böyük əhəmiyyətini vurğulamağa davam edirik.

 

 "Milli Yaşlanma İnstitutu"   aducanumabın dərmanının inkişafı üçün birbaşa dəstək göstərməsə də, aducanumab kimi immunoterapiyaların kəşfinin arxasında duran əsas elmi araşdırmaları, eləcə də gələcək nəsil immunoterapiyalar üçün keçid tədqiqatlarını  hər zaman dəstəkləmişdir. Bundan əlavə, aducanumabın kliniki sınaqları üçün iştirakçıların seçimində kömək, təşkilat tərəfindən dəstəklənən və ictimai olaraq maliyyələşdirilən tədqiqatlar  olmadan bu gün mövcud olan  texnologiya  -PET  görüntüləməsinə nail ola bilməzdik.

 

 "Milli Yaşlanma İnstitutu"  bundan sonra da Alzqeymer və əlaqəli demansların effektiv şəkildə qarşısının alınması, aşkarlanması və müalicəsi üçün indiyə qədər əldə etdiyi əhəmiyyətli nailiyyətlərə əsaslanaraq, terapiyanın inkişafı sahəsində güclü və müxtəlif tədqiqat portfelini inkişaf etdirməyə davam edəcəkdir.

 

Richard J. Hodes, M.D., Direktor, Milli Yaşlanma İnstitutu, Milli Sağlamlıq İnstitutu