Demensiya xəstəliyi zamanı yaranan çətinliklər ilə mübarizə -2022

blog-image

Hal-hazırda İngiltərədə 850.000-dən çox insan demensiya ilə yaşayır. 2025-ci ilə qədər bu rəqəmin 1 milyondan çox olacağı təxmin edilir. Yaşı 60-dan yuxarı olan hər 14 nəfərdən 1-i demensiyaya malikdir və demanslı insanlar ildən-ilə daha uzun ömür sürdükcə bu rəqəm daim artır. Təssüf ki hal-hazırda bu xəstəlik üçün heç bir müalicə yoxdur.


Bu tədbir iştirakçılara hökumətdən və yüksək səviyyəli orqanlardan demensiya ilə  mübarizə və xəstəliyi olanlara dəstək haqqında ən son yenilikləri eşitmək imkanı verəcək.Bu tədbirdə  erkən diaqnostika, insan mərkəzli qayğı, texnologiyadan istifadə, mənzil dizaynı və COVID-19 pandemiyasının təsiri daxil olmaqla, geniş spektrli əsas aktual problemlərin həlli üçün innovativ həllər nümayiş etdirən praktiki nümunələr və araşdırmalar barədə məlumat alacaqsınız. 


Link :

Tackling the Challenges of Dementia 2022 | IGPP


Tədbirə ödənişsiz qoşulmaq üçün info@aza.org.uk ünvanına istək müraciətinizi göndərin.